- Offside
- 23:17 29.10.2024
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Corner.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Şəhriyar Məmmədyarov 2 759 xalla 2 pillə irəliləyərək 12-ci sırada qərarlaşıb. 2 738 xalı olan Teymur Rəcəbov 13-cü yerdən 18-ci pilləyə düşüb.
Qədir Hüseynov (2 668) 3 sıra geriləyərək 81-ci, Rauf Məmmədov (2 656) isə 5 pillə itirərək 92-ci olub.