Sabah Rumıniyada cüdo üzrə Açıq Avropa turnirinə start veriləcək. Corner.az xəbər verir ki, böyüklər arasında keçiriləcək turnirdə iştirak edəcək idmançılarımız artıq Rumıniyaya yollanıb.
Kluj-Napoka şəhərində keçiriləcək və iki gün davam edəcək turnirdə Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edəcək.
Kişilərdən ibarət yığmanın idmançıları böyük məşqçisi Elçin İsmayılov və məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın idmançıları isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
ACF-in B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
33 ölkədən 62 qadın və 150 kişi cüdoçunun yarışacağı turnirdə iştirak edəcək idmançılarımızın siyahısı belədir:
Kişilər
-60 kq
Rəşad Yelkiyev
Nazir Talıbov
-66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov
Tofiq Əliyev
Elçin Hüseynov
-73 kq
Nəriman Mirzəyev
Telman Vəliyev
Nurlan Osmanov
Zaməddin Poladov
-81 kq
Hasil Cəfərov
Kərim Allahverdiyev
-90 kq
Murad Fətiyev
+100 kq
İmran Yusifov
Qadınlar
-48 kq
Ramilə Əliyeva
-70 kq
Südabə Ağayeva
Günel Həsənli