28 noyabr 2024. Cümə axşamı

AÇ: Sabir gümüş, Səbuhi bürünc medal qazandı


  • Offside
  • 22:17 02.07.2022
  • Oxunma sayı: 94
AÇ: Sabir gümüş, Səbuhi bürünc medal qazandı
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
 
Nurəddin Novruzov (57 kq) ilk mərhələdə türkiyəli Ahmet Karavuşa sonuncu xal prinsipinə əsasən məğlub olub - 10:10.
 
Əbülfəz Nəsirov (65 kq) 1/8 finalda bolqarıstanlı Ruhan Rasimə qalib gəlib - 7:3. Ancaq 1/4 finalda Belçikanı təmsil edən Ayub Musayevə uduzub - 1:4. Rəqib finala yüksəldiyi üçün Nəsirov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Əbülfəz gürcüstanlı Luka Janezaşviliyə 10:20 hesabıyla yenilərək mübarizəni başa vurub.
 
Sabir Cəfərov (70 kq) startda Muhəmməd Abdurəhmanovdan (Belçika) güclü olub - 5:0. Həmyerlimiz 1/8 finalda almaniyalı Adrian Barnovskini yolundan kənarlaşdırıb - 5:4. Sabir 1/4 finalda avstriyalı Benedikt Huberi tam üstünlüklə məğlub edib - 11:0. Yarımfinalda italiyalı Raul Kasoya 3:0 hesabıyla qalib gələn Cəfərov finala yüksəlib. Həlledici görüşdə son saniyələrdə erməni Hayk Papikyana minimal fərqlə (2:3) uduzan Sabir gümüş medalla kifayətlənib.
 
Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda latviyalı Daniels Bendiksə heç bir şans tanımayıb - 10:0. Pəhləvanımız 1/4 finalda türkiyəli Hakan Satılmışa gücünü göstərib - 5:2. Yarımfinalda ermənistanlı Muşeq Mkrtçyana (1:3) uduzan Əmiraslanov bürünc medal uğrunda rumıniyalı Gigi Subtiriçayla güləşib və rəqibinə heç bir şans tanımayıb - 11:0. 
 
Varis Mehdizadə (97 kq) debütdə almaniyalı Yusuf Şenyiğitə qalib gəlib - 4:7. Lakin növbəti mərhələdə türkiyəli Mücahit Çeliklə bacarmayıb - 0:10. Mehdizadə bürünc medal uğrunda gürcüstanlı Luka Xutçuayla qarşılaşıb və bu rəqibinə də məğlub olub - 5:13.
 
Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatına 1 gümüş və 1 bürünc medalla start verib.






Offside