FİFA Pakistan Futbol Federasiyası ilə bağlı qərarını dəyişib. Corner.az xəbər verir ki, xeyli müddət idi dünyanın ali futbol qurumu tərəfindən cəzalı olan bu ölkə bağışlanıb.
Belə ki, qurumun rəsmi saytında Pakistanın yenidən üzvlüyə qəbul olunduğu açıqlanıb. Eyni zamanda bu ölkənin futbolu ilə bağlı bütün məhdudiyyətlər də aradan qaldırılıb.
Xatırladaq ki, FİFA 7 aprel 2021-ci ildə təşkilatın işinə müdaxilə edilməsini əsas göstərərək Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırmışdı.