- Offside
- 18:00 16.04.2026
Azərbaycan cüdoçusu Murad Fətiyev Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində qızıl medal qazanıb.
Corner.az-ın məlumatına görə, 90 kq-da çıxış edən idmançı finalda kanadalı Aleksandr Arensibiaya qalib gəlib.
Qadınların mübarizəsində isə 70 kq-da yarışan Südabə Ağayeva bürünc medal görüşündə yerli idmançı Serafima Moskaluya uduzaraq, 5-ci yerlə kifayətlənib.