Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb. Corner.az xəbər verir ki, serbiyalı Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv Andorra yığması ilə qarşılaşıb.
Yığmamız qrup mərhələsində 69:72 hesabıyla uduzduğu rəqibi ilə bu dəfə də bacarmayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan andorralılar sonda 84:75 hesabı ilə qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı A qrupunda Andorra ilə yanaşı, Maltaya da 71:73 hesabı ilə uduzmuşdu. Basketbolçularımız 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlsə də, yarımfinalda yenidən Maltayla bacarmamışdı - 52:59.