3 fevral 2026. Çərşənbə axşamı

Neftçi'nin Boludakı ilk matçının başlama saatı dəyişdirildi


  • Offside
  • 15:02 05.07.2022
  • Oxunma sayı: 104
Neftçi'nin Boludakı ilk matçının başlama saatı dəyişdirildi
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin "Sakaryaspor"a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib. Corner.az xəbər verir ki, bu barədə Sakarya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, iyulun 6-da oynanılacaq qarşılaşma nəzərdə tutulduğu kimi saat 17:00-da yox, 15 dəqiqə tez başlayacaq. Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub. Görüş "Esentepe" hotelinin meydançasında baş tutacaq.
 
“Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.






Offside