14 dekabr 2025. Bazar günü

İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri bəlli oldu


  • Offside
  • 20:28 05.07.2022
  • Oxunma sayı: 121
İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri bəlli oldu
İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək kişi həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Corner.az xəbər verir ki, İslamiadada bu idman növü üzrə 7 ölkənin (Səudiyyə Ərəbistanı, Qətər, İraq, Türkiyə, İran, Azərbaycan və Mərakeş) komandası mübarizə aparacaq.
 
Püşkatmanın nəticəsinə görə, B qrupunda yer alan Azərbaycan milli komandası Türkiyə və İran yığmaları ilə yarışacaq.
 
Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.
 
Qadınların yarışında “A” qrupunda Özbəkistan, Türkiyə, Seneqal, Banqladeş və Qətər milliləri mübarizə aparacaqlar.






Offside