14 dekabr 2025. Bazar günü

Cüdoçularımız Ankarada təlim-məşq toplanışında


  • Offside
  • 14:23 06.07.2022
  • Oxunma sayı: 128
Cüdoçularımız Ankarada təlim-məşq toplanışında
Cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Corner.az xəbər verir ki, iyulun 4-dən başlayan hazırlıq prosesinə məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 13 cüdoçu cəlb olunub.
 
Ankara şəhərində təşkil olunmuş toplanış iyulun 17-nə qədər davam edəcək. 
 
Komandamızın üzvləri 24-30 iyulda Slovakiyada təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcəklər. 






Offside