- Offside
- 22:48 26.11.2024
"Ukraynada baş verənlər sözlə ifadə edilə bilməyən hadisələrdir".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycab millisinin və "Sabah"ın futbolçusu Anatoli Nuriyev Ukraynadakı müharibə barədə danışarkən deyib.
26 yaşlı hücumçu bildirib ki, hamı qorxu içindədir: "İnsanlarda bir damla insanlıq qalmayanda qorxulu olurlar. Orada yaşananları düşməninizə belə, arzu etməzdiniz. Çünki bunlar normal şeylər deyil. İndi də bu haqda danışanda gözlərimdən yaş axır".
Nuriyev Azərbaycanda hər kəsin Ukraynanı dəstəklədiyi sözlərini də əlavə edib: "Əvvəlcə insanlar mitinqlərə gedirdi, indi isə bütün Avropada olduğu kimi, emosiyalar səngiyib. Zaman keçdikcə bu barədə söhbətlər azalmağa başladı. Bütün insanlar sanki müharibəni adi qəbul edirlər. Bu, Ukraynada doğulub böyüyənlər üçün isə belə deyil".
Qeyd edək ki, Anatoli Nuriyev "Sabah"la 3 illik müqavilə imzalayıb.