İspaniyanın Madrid şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təntənəli bağlanış mərasimi keçirilib. Corner.az xəbər verir ki, tədbirdə FİDE-nin rəhbər şəxsləri ilə yanaşı Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.
AŞF rəhbəri İddiaçılar Turnirində üçüncü yeri tutan Teymur Rəcəbova bürünc medalı və xatirə hədiyyəsini təqdim edib.
Xatırladaq ki, 14 oyundan 7,5 xal toplayan Azərbaycan şahmatçısı yarışı 3-cü yerdə başa vurub. Yarışın qalibi olan rusiyalı Yan Nepomnyaşi şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşə vəsiqə qazanıb.