28 noyabr 2024. Cümə axşamı

Millimiz AÇ-na hazırlığı Bakıda davam etdirəcək


  • Offside
  • 17:33 06.07.2022
  • Oxunma sayı: 110
Millimiz AÇ-na hazırlığı Bakıda davam etdirəcək
İyunun 25-dən iyulun 5-dək Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb. Corner.az xəbər verir ki, yığmamız İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığı paytaxtda davam etdirəcək.
 
Voleybolçularımız AÇ-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. Komandamız İslam Həmrəyliyi Oyunlarında isə Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.






Offside