- Offside
- 22:48 26.11.2024
2024-cü il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb.
Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.
Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Polşa və Yunanıstan yığmaları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.
Seçmə mərhələnin matçları 2022-ci il 12 - 21 sentyabr, 3 - 12 oktyabr, 6 - 9 noyabr və 2023-cü il 27 fevral – 8 martda oynanılacaq.
Qeyd edək ki, əsas mərhələdə 36 komanda iştirak edəcək. Yığmalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.