3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan üzgüçüsü AÇ-da növbəti dəfə finala yüksəldi


  • Offside
  • 22:29 07.07.2022
  • Oxunma sayı: 100
Azərbaycan üzgüçüsü AÇ-da növbəti dəfə finala yüksəldi

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında növbəti dəfə finala yüksəlib.

Corner.az-ın məlumatına görə, 18 yaşlı idmançı yarımfinal mərhələsində 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə finişə 54,11 saniyəyə çatıb.

Final iyulun 8-də olacaq.

Qeyd edək ki, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanaraq tarixi nəticəyə imza atıb.







Offside