3 fevral 2026. Çərşənbə axşamı

Çimərlik güləşi üzrə Azərbaycan millisi Avropa çempionu oldu!


  • Offside
  • 22:30 07.07.2022
  • Oxunma sayı: 134
Çimərlik güləşi üzrə Azərbaycan millisi Avropa çempionu oldu!

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.

Corner.az-ın məlumatına görə, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində təmsil edən 4 güləşçi maksimum nəticəyə imza atıb.

Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.

100 xal toplayan Azərbaycan komandası Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

Xatırladaq ki, sabah U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək.







Offside