3 fevral 2026. Çərşənbə axşamı

Voleybol yığmamız Belarusa yola düşdü


  • Offside
  • 11:45 09.07.2022
  • Oxunma sayı: 101
Voleybol yığmamız Belarusa yola düşdü
AÇ-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb. Corner.az xəbər verir ki, milli komanda iyulun 16-dək Minskdə hazırlıq keçəcək.
 
Voleybolçular burada təlim-məşq toplanışı ilə yanaşı, yerli kollektivlə yoldaşlıq görüşlərində qüvvəsini də sınayacaq.
 
Minsk hazırlığından sonra Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir neçə yoxlama matçı nəzərdə tutulub.






Offside