14 dekabr 2025. Bazar günü

Daha bir komandamız Avropa çempionu oldu


  • Offside
  • 12:17 09.07.2022
  • Oxunma sayı: 115
Daha bir komandamız Avropa çempionu oldu
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-20 Avropa çempionatı keçirilib. Corner.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında qitə birinciliyində ölkəmizi 6 güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb.
 
70 və 80 kq-da iştirakçılar qrup mərhələsində mübarizəyə başlayıb. Daha sonra yarımfinal və final görüşləri keçirilib. Bu çəkilərin hər birində 2 güləşçimiz çıxış edib. 
 
70 kq-da Rübail İbrahimli və Hüseyn Əliyev finaladək irəliləyib. Həlledici görüşdə Rübail komanda yoldaşına qalib gəlib.
 
80 kq-da Fərid Yusifov gümüş, Anar Cəfərli isə bürünc medal qazanıb. 
 
Ağır çəkilərdə milli üzvləri maksimum nəticəyə imza atıb. Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) Avropa çempionu olub.
 
Beləliklə, millimiz U-20 Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 95 xalla Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutub.






Offside