14 dekabr 2025. Bazar günü

Avropa çempionatında koronavirusa ilk yoluxma


  • Offside
  • 17:16 09.07.2022
  • Oxunma sayı: 102
Avropa çempionatında koronavirusa ilk yoluxma
İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında koronavirusa ilk yoluxma halı aşkarlanıb. Corner.az xəbər verir ki, yerli ölkənin milli komandasının müdafiəçisi Lotte Vubben-Moydan götürülmüş analizin nəticəsi müsbət çıxıb.
 
23 yaşlı oyunçu komandanın düşərgəsini tərk edib. Karantinə alınan futbolçu iyulun 11-də Norveçə qarşı keçiriləcək qrup oyununu buraxacaq.
 
Turnirin startından əvvəl yığmanın iki üzvü – Aleks Qrinvud və Ellen Uayt koronavirusa yoluxub.
 
İngiltərə millisi ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib.






Offside