Braziliyanın “Fluminense” klubunun hücumçusu Fred karyerasını başa vurub. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlamanı futbolçunun özü verib.
38 yaşlı futbolçusu son mövsümdə 20 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Braziliya millisinin sabiq üzvü karyerası ərzində “Kruzeyro”, “Lion”, “Atletiko Mineyro”, “Fluminense” kimi klublarında çıxış edib. O, “Lion”la üçqat Fransa çempionu və ölkə kubokunun qalibi olub. “Fluminense” ilə Fred iki dəfə Braziliya çempionu olub.
Fred Braziliya millisində 39 oyun keçirib, 18 qol vurub və 6 məhsuldar ötürmə edib.