- Offside
- 22:48 26.11.2024
Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxıb.
Corner.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Çiksereda” klubu ilə üz-üzə gəlib.
118 il əvvəl əsası qoyulan bu klub Liqa 2-də çıxış edir. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub.
Üç qolun qeydə alındığı matçda Azərbaycan təmsilçisi meydandan qələbə ilə ayrılıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi komandadan qolları 3-cü dəqiqədə Rövlan Muradov və 52-ci dəqiqədə Asif Məmmədov vurub.
Xatırladaq ki, “Qəbələ” daha öncə iyulun 5-də Super Liqa klubu “Qaziantep”lə (1:2) üz-üzə gəlib.
Yoxlama oyunu
12 iyul
Qəbələ – Çiksereda 2:1