3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan kikboksçusu Dünya Oyunlarının finalında


  • Offside
  • 14:52 14.07.2022
  • Oxunma sayı: 175
Azərbaycan kikboksçusu Dünya Oyunlarının finalında
Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında finala çıxıb. Corner.az xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb.
 
Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.
Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb.
 
O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.






Offside