3 fevral 2026. Çərşənbə axşamı

Rəşad Sadıqov İsrailə yollandı


  • Offside
  • 16:23 14.07.2022
  • Oxunma sayı: 111
Rəşad Sadıqov İsrailə yollandı
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasındakı rəqibləri “Makkabi”nin (Təl-Əviv) oyununu izləmək üçün İsrailə yollanıb. Corner.az xəbər verir ki, Sadıqov, Təl-Əviv təmsilçisinin Netaniya “Makkabi”si ilə oyununu izləyəcək.
 
Təl-Əviv təmsilçisi bu gün “Toto” kubokunda “Makkabi” (Netaniya) ilə qarşılaşacaq. Oyun saat 21:00-da başlayacaq.
 
“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.






Offside