3 fevral 2026. Çərşənbə axşamı

CAS Rusiyanın FIFA və UEFA-ya qarşı şikayətini rədd etdi


  • Offside
  • 15:00 15.07.2022
  • Oxunma sayı: 114
CAS Rusiyanın FIFA və UEFA-ya qarşı şikayətini rədd etdi

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) FIFA və UEFA-ya qarşı apellyasiyasını rədd edib.

Corner.az-ın məlumatına görə, CAS RFS-in beynəlxalq turnirlərdən kənarlaşdırılmasına dair qərarı qüvvədə saxlayıb.

UEFA mayın 2-də Rusiya yığması və klublarının 2022/2023 mövsümü üzrə bütün yarışlardan kənarlaşdırıb. Ölkə komandaları avrokuboklarda, UEFA Millətlər Liqasında, U-21 Avropa çempionatında, 2022-ci il qadınlar arasında Avropa çempionatında, habelə qadınlar arasında 2023-cü il dünya çempionatının seçmə mərhələsində iştirak etməyəcəklər.

"Zenit", "Soçi" və Moskva "Dinamo"su CAS-a şikayət etsələr də, rədd cavabı alıblar.







Offside