14 dekabr 2025. Bazar günü

Azərbaycan Avropa kubokunda 3 cüdoçu ilə təmsil olunacaq


  • Offside
  • 21:22 15.07.2022
  • Oxunma sayı: 107
Azərbaycan Avropa kubokunda 3 cüdoçu ilə təmsil olunacaq
Macarıstanın Paks şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək. Corner.az xəbər verir ki, 16-17 iyulda baş tutacaq yarışa dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.
 
Azərbaycan yığması bu turnirdə 3 xanım cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək.
 
-52 kq. Rita Əliyeva 
-57 kq. Lətifə Abbasova
-78 kq. Nərmin Əmirli 
 
Azərbaycan idmançıları yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.






Offside