2022/23 mövsümünə hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yollanan "Sumqayıt"ın təlim-məşq planında dəyişiklik olub. Corner.az xəbər verir ki, meydançaların yaxşı vəziyyətdə olmaması ilə əlaqədar komanda toplanışını Boluda deyil, Ankaranın Qızılcahamam bölgəsində keçirəcək.
Adıçəkilən bölgədə "Çam" hotelində məskunlaşan Aleksey Baqanın yetirmələri plana əsasən bu günü iki məşqlə başa vuracaq.