Premyer Liqada yeni mövsümə hazırlığı davam etdirən “Kəpəz” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.
Bu komandalar iyulun 20-də “Dalğa Arena”da üz-üzə gələcəklər. Matç saat 18:00-da başlayacaq.
Xatırladaq ki, “Kəpəz” bundan əvvəlki yoxlama oyunlarında “Səbail”ə 1:3, “Sumqayıt”a isə 2:3 hesabıyla uduzmuşdu. Əyalət təmsilçisinin Bakıdakı təlim-məşq toplanışı iyulun 21-nə kimi davam edəcək. Əvvəlcədən məşqlərin ayın 17-də başa çatdırılması nəzərdə tutulmuşdu.