- Offside
- 22:48 26.11.2024
"Bavariya”nın hücumçusu Tomas Müller Münhen klubundan ayrılan hücumçu Robert Levandovski ilə vidalaşıb.
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu sosial şəbəkə hesabında bunları qeyd edib:
“Sağ ol, Robert. Gələcəkdə sənə ən yaxşısını arzulayıram. Çoxlu qollar, kuboklar, enişlər, uğurlar… Amma həmişə hörmətlə və əsl qalibiyyət ruhu ilə səkkiz xüsusi il idi”.
33 yaşlı polşalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək və “Barselona” ilə 3 illik müqavilə imzalayacaq.