23 oktyabr 2024. Çərşənbə

Azərbaycanlı karateçilər Kiprdə üç medal qazandı


  • Offside
  • 21:11 06.05.2019
  • Oxunma sayı: 588
Azərbaycanlı karateçilər Kiprdə üç medal qazandı

Azərbaycan karateçiləri Kiprin Limassol şəhərində Karate1 Gənclər Liqası turnirində üç mükafat qazanıb.

Corner.az xəbər verir ki, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -63 kq) və Məhəmməd Xamoyev (14 yaşadək uşaqlar, -45 kq) qızıl medala, Əminağa Quliyev (16-17 yaşlı gənclər, -61 kq) isə bürünc mükafata sahib olub.

Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate1 seriyasından Gənclər Liqasının növbəti mərhələsi iyulda Xorvatiyada keçiriləcək. Digər iki mərhələ isə sentyabrda Meksika və dekabrda İtaliyada keçiriləcək. Karate1 Gənclər liqası da digər rəsmi yarışlar kimi idmançılara beynəlxalq reytinq xalları qazandırır. (Oxu.az)







Offside