Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Bakıda toplanışa başlayıb. Corner.az xəbər verir ki, 10 günlük hazırlıqda millinin üzvləri – Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva iştirak edir.
Milli komandaya ümumdünya şahmat olimpiadasına hazırlıqda Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski, beynəlxalq qrossmeysterlər Nicat Məmmədov, Rəsul İbrahimov, Cahangir Ağarəhimov və Abdulla Qədimbəyli kömək edir.
Bakıda başlayan toplanış Qalaltıda bir neçə günlük hazırlıqla yekunlaşacaq.
Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək olimpiada avqustun 10-da yekunlaşacaq.