Yeni mövsümə Bolqarıstanın Bansko şəhərində hazırlaşan "Sabah” təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi İsrailin yüksək liqasında çıxış edən "Hapoel" (Hadera) komandası ilə qarşılaşıb.
Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutan görüşdə İsrail təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.
"Sabah" Bolqarıstandakı hazırlıq çərçivəsində daha 2 sınaq matçında qüvvəsini sınayacaq.