14 dekabr 2025. Bazar günü

Çalışıram ki, tam formamı yığım - Odina Əliyeva


  • Offside
  • 12:58 21.07.2022
  • Oxunma sayı: 119
Çalışıram ki, tam formamı yığım - Odina Əliyeva
"İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var". Corner.az xəbər verir ki, Azərbaycanın qadın voleybolu üzrə millisinin hücumçusu Odina Əliyeva deyib.
 
O, milli komandanın Sloveniyadakı təlim-məşq toplanışı və Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı çıxışından danışıb:
 
"Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığım davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik.
 
İnanıram ki, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".






Offside