28 noyabr 2024. Cümə axşamı

Federasiya rəhbərliyi DÇ-də iştirak edəcək milli üzvləri ilə görüşdü


  • Offside
  • 15:36 22.07.2022
  • Oxunma sayı: 93
Federasiya rəhbərliyi DÇ-də iştirak edəcək milli üzvləri ilə görüşdü
Azərbaycan Taekvondo Federasiyasının rəhbər heyəti dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət yığma komanda ilə görüşüb. Corner.az xəbər verir ki, federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, İdarə heyətinin üzvü Vüqar Məmmədov son məşq zamanı idmançılarlı ziyarət edib.
 
Taekvondoçuların hazırki vəziyyətləri ilə maraqlanan federasiya rəhbərliyi, komandanın hər bir üzvünə inandığını, dünya birinciliyindən vətənə  medallarla dönəcəklərinə ümid etdiklərini vurğulayaraq onlara uğurlar arzulayıb.
 
Sonda xatirə şəkli çəkdirilib.
 
Xatırladaq ki,  yeniyetmələr arasında  dünya birinciliyi 28-31 iyul tarixlərində Bolqarıstanın Sofiya şəhrində keçiriləcək. Komandamız iyulun 26-da mundiala yollanacaq.







Offside