- Offside
- 22:48 26.11.2024
2-4 sentyabrda Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışından sonra bu il daha bir analoji turnir təşkil olunacaq.
Corner.az xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində 7-9 oktyabr tarixlərində Premyer Liqa yarışı keçiriləcək.
Bununla da Los Anceles ilin beşinci Premyer Liqa turnirinə ev sahibliyi edəcək. Bu turnir Ukrayna müharibəsi ilə əlaqədar ləğv olunan Moskvadakı Premyer Liqa yarışını əvəzləyəcək.
Mövsümün son final Premyer Liqa turniri olduğundan, 2022-ci ilin "Grand Winners" qalibləri məhz Los Ancelesdəki yarışdan sonra elan ediləcək. Fuceyrə (BƏƏ), Matuzinyuş (Portuqaliya), Rabat (Mərakeş), Bakı (Azərbaycan) və Los Anceles (ABŞ) turnirlərinin nəticəsinə əsasən hər çəki dərəcəsində "Grand Winners" müəyyənləşəcək.
Qeyd edək ki, Los Ancelesə salınan turnir 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına karatenin salınması məsələsi ilə bağlıdır. Los Ancelesə Premyer Liqa turnirinin salınması Azərbaycan karateçilərinin 2028-ci ildə Olimpiya Oyunlarında iştirakı üçün şərait yaradır.