3 fevral 2026. Çərşənbə axşamı

Turan Tovuz'un Gürcüstandakı rəqibləri bəlli oldu


  • Offside
  • 10:43 23.07.2022
  • Oxunma sayı: 93
Turan Tovuz'un Gürcüstandakı rəqibləri bəlli oldu

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Klubdan verilən məlumata görə, bölgə komandası Tbilisini təmsil edən "Merani", "Dinamo" və "Qaqra" ilə qarşılaşacaq.

Görüşlər müvafiq olaraq, iyulun 23-də, 27-də və 29-da olacaq.

Qeyd edək ki, "Turan Tovuz" 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.







Offside