3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan millisi DÇ-də 6-cı oldu


  • Offside
  • 16:31 23.07.2022
  • Oxunma sayı: 119
Azərbaycan millisi DÇ-də 6-cı oldu
Sablya üzrə qadınlardan ibarət milli komandamız Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında 6-cı olub. Corner.az xəbər verir ki, bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.
 
Son yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb.
 
Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ seçmə kollektivinə 45:37 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Almaniya sablyaçılarına 41:45 hesabı ilə uduzub.
 
Komandamız ümumi sıralamada 6-cı olub.
 
Xatırladaq ki, daha öncə Anna Başta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.






Offside