- Offside
- 14:15 03.02.2026
Rusiya və Belarus Şahmat Federasiyalarına qarşı sanksiyaların müddəti uzadılıb.
Corner.az xəbər verir ki, bu barədə Avropa Şahmat İttifaqının (ECU) baş assambleyası qərar qəbul edib.
Şahmat İttifaqı hər iki ölkənin milli komandalarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırıb. Onlara yalnız Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynamağa icazə verilir.
Rusiya tərəfi aprel ayında Asiya Şahmat Federasiyasına üzv olmaq istədiyini açıqlayıb.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum ediblər. Bu hücum bütün dünyada kəskin etirazlarla qarşılanıb və Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandalarına da qadağalar qoyulub.