14 dekabr 2025. Bazar günü

Şəhriyar Məmmədyarovun ümumi sıralamadakı yeri bilindi


  • Offside
  • 10:26 25.07.2022
  • Oxunma sayı: 111
Şəhriyar Məmmədyarovun ümumi sıralamadakı yeri bilindi

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş "Grand Chess Tour" turnirinin mərhələ yarışından sonra ümumi sıralamada neçənci yeri tutduğu bəlli olub.

Corner.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster rapid turnirində 8 xalla 7-ci, blits turnirində isə 7 xalla 8-ci olub.

Ümumi turnirin gedişatına əsasən onun xalı 3,5 olub. Rumıniyada keçirilmiş turnirdə də 1,5 xal toplanış Məmmədyarov bununla da ümumi xal ehtiyatını 5-ə yüksəldib. Bu nəticə ilə o, Yorden fan Foreestlə (Niderland) birgə 13-cü sıradadır.

Növbəti mərhələ yarışı 24-31 avqust tarixlərində ABŞ-ın Seynt Luis şəhərində keçiriləcək. Həmin turnirdə də rapid və blits oynanılacaq.

Qeyd edək ki, mayda Rumıniyada (klassik) və Polşada (rapid və blits) keçirilmiş mərhələ yarışlarının qalibi müvafiq olaraq Maksim Vaşye-Laqrav (Fransa) və Yan Kjıştof Duda (Polşa) olub. Zaqrabdəki mərhələ yarışının qalibi isə rapid və blitsdəki nəticələrin ümumi göstəricisinə əsasən dünya çempionu Maqnus Karlsendir (Norveç).







Offside