14 dekabr 2025. Bazar günü

Azərbaycan millisi AÇ-na qələbə ilə başladı


  • Offside
  • 16:43 25.07.2022
  • Oxunma sayı: 135
Azərbaycan millisi AÇ-na qələbə ilə başladı

Basketbol üzrə Azərbaycanın U-18 milli komandası Avropa çempionatına qələbə ilə başlayıb.

Basketbol Federasiyasının mətbuat xidmətindən Corner.az-a verilən məlumata görə, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının "C" divizionunda B qrupunda U-18 komandası ilk görüşünə çıxıb.

Lüksemburq seçməsi ilə qarşılaşan Azərbaycan yığması gərgin mübarizə şəraitində keçən görüşdən 75:71 hesablı qələbə ilə ayrılıb.

Milli komandanın qrupdakı növbəti rəqibi Cəbəllüttariq komandası olacaq. Oyun 26 iyul Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.







Offside