14 dekabr 2025. Bazar günü

Dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bilindi


  • Offside
  • 12:31 26.07.2022
  • Oxunma sayı: 125
Dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bilindi

İyulun 28-də Bolqarıstanın Sofiya şəhərində start götürəcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçularının adları açıqlanıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, 4 gün davam edəcək milli dünya birinciliyində 17 (10 oğlan və 7 qız) idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun yetirmələrindən Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstərib.

Yenieyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq) və Fatimə Həsənova (51 kq) mübarizə aparacaq.







Offside