- Offside
- 23:27 13.12.2025
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
Corner.az-ın məlumatına görə, C divizionunda yer alan yığma B qrupundakı ikinci matçında Cəbəllütariqlə qarşılaşıb. Görüş millimizin 115:60 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığma qrupdakı ilk oyununda "Lüksemburq"a qalib gəlib - 75:71.
Qeyd edək ki, Azərbaycan növbəti matçını iyulun 27-də Ermənistana qarşı keçirəcək.