14 dekabr 2025. Bazar günü

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi növbəti qələbəsini qazandı


  • Offside
  • 18:00 30.07.2022
  • Oxunma sayı: 184
Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi növbəti qələbəsini qazandı

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Corner.az-ın məlumatına görə, yığma II turda Filippin seçməsinə qalib gəlib.

Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

II tur

Filippin – Azərbaycan – 0,5:2,5

Mark Paraqua – Rauf Məmmədov

Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1

Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina – Nicat Abbasov - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.







Offside