- Offside
- 23:27 13.12.2025
Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.
Corner.az-ın məlumatına görə, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərləmli bürünc mükafata sahib olub.
45 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) hər iki raundda məğlub edərək 1/8 finala yüksəlib. Məhərləmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Tayvandan olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdə Məhərləmli rəqibinə üçüncü raundda qalib gəlib.
O, yarımfinalda Minq-yu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərləmli dünya birinciliyini üçüncü yerdə başa vurub.
Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərləmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.