28 noyabr 2024. Cümə axşamı

Mahir Emreli yenə sıradan çıxdı


  • Offside
  • 13:50 31.07.2022
  • Oxunma sayı: 407
Mahir Emreli yenə sıradan çıxdı
Futbol üzrə Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli yenidən sıradan çıxıb. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu Xorvatiya çempionatının 3-cü turu çərçivəsində “İstra 1961” klubunu 4:1 hesabı ilə məğlub etdikləri matçda əvvəlki zədəsini yeniləyib.
 
Belində ağrılar hiss edən Emrelinin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanda “Ludoqorets”ə qarşı keçirəcəkləri ilk oyunu buraxacağı gözlənilir . Mahirlə yanaşı, Teofil Katrin də sözügedən qarşılaşmada komandasına kömək edə bilməyəcək. Bruno Petkoviçin oynayıb-oynamayacağı isə sual altındadır. “Ludoqorets” - “Dinamo” oyunu avqustun 2-də baş tutacaq.
 
Xatırladaq ki, zədədən yenicə qayıdan Mahir Emreli "İstra 1961” ilə matçın 81-ci dəqiqəsində meydana çıxıb və 7 dəqiqə sonra fərqlənərək, görüşdə son nöqtəni qoyub.






Offside