Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Corner.az xəbər verir ki, siyahıda yalnız Azərbaycanın bir təmsilçisi ilk 10-luqda yer alıb.
İki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2758 xalla 10-cu yerə yüksəlib.
Teymur Rəcəbov da irəliləyişə nail olub. Hesabında 2747 xal olan Rəcəbov 3 pillə irəliləyib. O, hazırda 15-ci yerdə qərarlaşıb.