Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 6:4 hesabı ilə qələbə qazanıb.
Orxan Məmmədov və Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Vaqif Şirinbəyovla Comərd Baxşəliyev vurub.