28 noyabr 2024. Cümə axşamı

Azərbaycan Slovakiya və Qazaxıstan üzərində qələbəyə sevindi


  • Offside
  • 20:39 03.08.2022
  • Oxunma sayı: 93
Azərbaycan Slovakiya və Qazaxıstan üzərində qələbəyə sevindi
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir. Corner.az xəbər verir ki, bu gün 6-cı turun oyunları keçirilib.
 
Azərbaycanın kişi və qadınlardan ibarət milliləri də növbəti görüşlərinə çıxıblar.
 
Ötən gün Kubadan ilk məğlubiyyətini almış kişilərdən ibarət yığma bu dəfə Slovakiya ilə qarşılaşıb və qələbə qazanıb. Şəhriyar Məmməmdyarov, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərinə qalib gəlib. Vasif Durarbəyli isə öz görüşünü məğlubiyyətlə başa vurub.
 
Qadınlardan ibarət milli isə Qazaxıstanla görüşdən qalib ayrılıb. Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva görüşlərini qalibiyyətlə başa vurublar. Günay Məmmədzadə və Gövhər Beydullayeva isə sülhə razılaşıblar.
 
Ümumdünya Şahmat Olimpiadası
6-cı tur
3 avqust
 
Slovakiya – Azərbaycan - 1:3
Viktor Qazik – Şəhriyar Məmmədyarov - 0:1
Yuray Druşka – Qədir Hüseynov - 0:1
Xristofer Repka – Vasif Durarbəyli - 1:0
Lyubomir Ftaçnik – Nicat Abbasov – 0:1
 
Azərbaycan – Qazaxıstan - 3:1
Günay Məmmədzadə – Jansaya Əbdumalik - 0,5:0,5
Gövhər Beydullayeva – Bibisara Assaubayeva - 0,5:0,5
Gülnar Məmmədova – Kseniya Balabayeva - 1:0
Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva - 1:0
 
Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.






Offside