3 fevral 2026. Çərşənbə axşamı

UEFA AFFA rəsmisini Polşaya ezam etdi


  • Offside
  • 13:53 04.08.2022
  • Oxunma sayı: 133
UEFA  AFFA rəsmisini Polşaya ezam etdi
UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovu Polşaya ezam edib. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Elçin Məmmədov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın Lodz şəhərindəki “Vladislav Krol” stadionunda keçirilmiş “Dinamo” (Ukrayna) – “Şturm” (Avstriya) oyununu izləyib.
 
Ona VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası həvalə olunub.
 
Kiyev "Dinamo"su həmin matçda Avstriya çempionuna 1:0 hesabı ilə qalib gəlib.






Offside