Azərbaycanlı stolüstü tennisçi Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb. Corner.az xəbər verir ki, o, kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib.
Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Məhəmməd Şəffan İsmayıl olacaq.
Digər idmançımız Adil Əhmədzadə isə, rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.
Bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq