Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Corner.az xəbər verir ki, bu gün 10-cu turun görüşləri baş tutub.
Azərbaycanın həm kişi, həm də qadın şahmatçılardan ibarət yığma komandaları bu gün Ermənistanla qarşılaşıb. Qadınlardan ibarət yığma rəqbini 4:0 hesabı ilə darmadağın edib. Kişilərdən ibarət kollektiv isə məğlubiyyətə üzülüb.
Ümumdünya Şahmat Olimpiadası
10-cu tur
8 avqust
Kişilər
Azərbaycan – Ermənistan - 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan - 0:1
Qədir Hüseynov – Hrant Melkumyan - 0,5:0,5
Vasif Durarbəyli – Manuel Petrosyan - 0,5:0,5
Nicat Abbasov – Robert Hovanisyan – 0:1
Qadınlar
Ermənistan – Azərbaycan - 0:4
Elina Danielyan – Günay Məmmədzadə - 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva - 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva - 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1
Ümumdünya Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.