3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan millisindən Sudan üzərində asan qələbə


  • Offside
  • 13:09 09.08.2022
  • Oxunma sayı: 161
Azərbaycan millisindən Sudan üzərində asan qələbə
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Koya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib. Corner.az xəbər verir ki, A qrupundakı ilk tur matçında rəqib Sudan yığması olub.
 
Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0. Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv ilk setdə 25:13, ikincidə 25:20, üçüncüdə isə 25:22 hesabı ilə üstün olub.
 
Növbəti görüş avqustun 11-də Kameruna qarşı olacaq.






Offside